Lal-karların jestlərinin dilini səsləndirən “ağıllı” saat yaradılıb
Çin mühəndisləri lal-kar insanlara ətraf dünya ilə jestlərin dili vasitəsilə ünsiyyət qurmağa imkan verən konseptual “ağıllı” saat modeli yaradıblar. Həmsöhbət lal-karların jestlərinin dilini bilməyəndə isə saat insanın demək istədiyi bütün fikirləri səsləndirir.
“ICTnews” Elektron Xəbər Xidməti “
DNI24” resursuna istinadən yazır ki, saat dəstinə lal-kar insanın hər bir barmağına taxılan üzüklər daxildir. Üzüklər barmaq hərəkətlərini oxuyaraq həmsöhbət üçün jestlər dilini saatın korpusuna quraşdırılan xüsusi dinamiklər vasitəsilə səsləndirir. Bundan başqa, saat əks-əlaqə üçün danışan insanın nitqini qiymətləndirərək onu lal-kar üçün mətnli məlumata çevirir və onu quraşdırılmış displeydə göstərir.
İnsanlarla danışmağa ehtiyac olmayan zaman üzüklər bilərziyin içinə yığılır.
İnnovativ texnologiyanın kütləvi istehsalına bu il başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev