Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın 6 poçt şöbəsində elektron imzaların verilməsinə başlanılıb
Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC-nin 6 şöbəsində elektron imza sertifikatının verilməsi üçün qeydiyyat mərkəzləri yaradılıb. Bu barədə "Azərpoçt" MMC-nin baş direktoru Qəmbər Bəybalayev Yeni Azərbaycan Partiyasının rəsmi saytında dərc edilən müsahibəsində bildirib.
Hazırda Bakı şəhərində Az1000, Az1006, Az1002, Az1044, Az1063 və Az1072 saylı poçt şöbələrində qeydiyyat mərkəzləri fəaliyyət göstərir.
Q.Bəybalayevin sözlərinə görə, qeydiyyat mərkəzləri sertifikat almaq üçün mərkəzə olan müraciətlərə baxılması, sertifikatların qüvvəsinin dayandırılması, bərpası və ləğvi ilə bağlı imza sahiblərinə xidmətlər göstərir.
Mərkəz imza sahibi barədə yazılar yaradır, onun identikləşdirilməsini və məlumatların yoxlanılmasını, sertifikat sorğusunun yaradılmasını və mərkəzə göndərilməsini həyata keçirir.
"Hazırda "Azərpoçt" MMC tərəfindən qeydiyyat mərkəzlərinin bütün rayon poçt filiallarının mərkəzi poçt şöbələrində yaradılması məqsədilə texniki tədbirlər görülür", - o deyib.
06/10/11 Çap et