Mobil proqram mağazaları yükləmələrin sayına görə yeni rekorda nail olublar
“App Store” və “Google Play” mağazaları proqramların yüklənməsi sayına görə yeni rekorda imza atıb. Cari ilin birinci rübündə istifadəçilər dünyada təxminən 25 milyard yükləmə həyata keçiriblər. Qeyd olunmalıdır ki, bu halda yalnız yeni yükləmələrin hesablanması aparılıb. 2016-cı ilin birinci rübü ilə müqayisədə göstəricidə 15 faiz artım qeydə alınıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
Iguides” resursuna istinadən yazır ki, istifadəçilər, həmçinin tez-tez əlavələr almağa başlayıb. 2017-ci ilin birinci yarısında “App Store” və “Google Play” əlavələr mağazalarının mədaxili 15 milyard dolları ötüb. Məbləğə reklam, eləcə də əlavələr daxilində alışlar üçün ödənişlər daxil deyil. Ötən ilin birinci rübü ilə müqayisədə göstərici 45 faiz artıb.
Sıçrayışın Çində “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların sayının çoxalması ilə əlaqədar olması bildirilir. Hazırda Çində mədaxilə görə “App Store” liderdir. Ekspertlərin sözlərinə görə, “Apple” şirkətinin liderliyi 2021-ci ilədək davam edəcək.
Ümumilikdə “App Store” mağazası “Google Play” ilə müqayisədə daha çox qazanc gətirir. Hesabat dövründə onlar arasında fərq 100 faiz təşkil edib. Yükləmələrin sayına görə “Google Play” liderlikdə qalmaqda davam edir.
Nizam Nuriyev