Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Wi-Fi” sağlamlıq vəziyyətinin vacib göstəricilərini ölçəcək


Massaçusets Texnologiya İnstitutunun alimləri radiosiqnallardan istifadə etməklə insanın hərəkət sürətini ölçən “WiGait” adlı qurğu hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, kiçik şəkil ölçüsündə divar lövhəciyi kimi görünən qurğu mobil telefonların və ya ev “Wi-Fi” modeminin siqnallarından zəif radiosiqnallar buraxır. Boy və bədən nisbətini nəzərə alaraq bir neçə insanı “fərqləndirən” “WiGait” siqnalların insan bədənində necə “əks olunmasını” qeydə alır və onların hərəkətini izləyir.  

Yeni texnologiya eyni alimlər qrupu tərəfindən yaradılan “RF Capture” texnologiyasına əsaslanır. Bu, insanların hərəkətini simsiz şəbəkə vasitəsilə “izləmək” üçün ilk cəhd olmasa da, texnologiya yaradıcıları siqnalın kənar səslərdən təmizlənməsi alqoritmləri ilə işə böyük diqqət yetiriblər. Bu, texnologiyaya 15 insan bədəninin cizgisini təxminən 90 faiz dəqiqliklə fərqləndirməyə imkan verib.

“WiGait” məlumatları 99 faizlik dəqiqliklə emal edir. Alqoritm yerişi digər gündəlik məişət hərəkətlərindən, məsələn, təmizlik işlərindən fərqləndirə bilir.

Nizam Nuriyev 





03/05/17    Çap et