Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın ən bahalı brendləri
Beynəlxalq brend-konsaltinq agentliyi “İnterbrand” dünyanın 100 ən bahalı brendinin illik reytinqini dərc edib. “Apple” şirkətinin ticarət markası 58%, 33.5 milyard dollara qədər bahalaşıb. Bunun sayəsində şirkət siyahıda 17-ci yerdən 8-ci yerə yüksələ bilib.
Keçən il reytinqdə 8-ci yeri tutmuş “Nokia” şirkəti 14-cü yerə enib. Finlandiya brendi 15% ucuzlaşıb və hal-hazırda 25 milyard dollar qiymətləndirilir.
Əvvəlki kimi reytinqdə “Coca-Cola” liderlik edir, 1 il ərzində “İBM”, “Microsoft”, “Google”, “General Electric”, “McDonald's”, “İntel”, “Disney” və “HP” şirkətlərinin mövqeləri dəyişməyib.
Bununla belə Larri Peyc və Serqey Brinin internet korporasiyası (Google) brendinin dəyəri 27%, 55,3 milyard dollara qədər artıb.
“Samsung” şirkətinin ticarət markası 20%, 23,4 milyard dollara qədər bahalaşıb (reytinqdə 19-cu yerdən 17-ci yerə qalxıb). İlk dəfə olaraq reytinqə “HTC” brendi daxil edilib. Onun ticarət markası 3.6 milyard dollar qiymətləndirilib və siyahıda 98-ci yerdə yerləşib.
Brendin qiymətləndirilməsi zamanı mütəxəssislər onun (brend) şirkətin maliyyə göstəricilərinə olan əhəmiyyətini, həmçinin ticarət markasının istehlakçı tələbatına təsirini nəzərə alıblar.
06/10/11 Çap et