Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“ARM” şirkəti şəkillərin emalı üçün yeni nəsil prosessor təqdim edib


“Android” qurğularının əksəriyyətində Britaniyanın “ARM” şirkəti tərəfindən hazırlanmış prosessorlar istifadə olunur. Məhz bu şirkət “Cortex-A” nüvəsinin və “Mali” qrafik sürətləndiricisinin yaradılması ilə məşğul olur. “ARM” şirkəti martın sonunda “DynamIQ” prosessorlarının yaradılması üçün yeni arxitektura, bu həftə isə şəkillərin emalı üçün “Mali-Cetus” adlı növbəti nəsil prosessor təqdim edib. Bu, yüksək təsvir ölçülü ekranları dəstəkləyən tamamilə yeni arxitekturadır.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “ARM” şirkətinin məlumatına görə, “Mali-Cetus” prosessorları 120 hersədək yeniləmə tezliyində 4Kx2K təsvir ölçülü ekranlar üçün nəzərdə tutulub.

Emil Hüseynov





03/05/17    Çap et