Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti yenidən “Yahoo”nu almağa cəhd edəcək


“Microsoft” korporasiyası “Yahoo” portalını almaq istəyir. Bu halda agentliyin mənbələri “Microsoft” korporasiyasının ABŞ-da populyarlığına görə ikinci axtarış sistemini almaq üçün partnyor tapmağa çalışacağını istisna etmir.

“Yahoo”nu almaq haqqında “Microsoft menecmenti hələ qəti qərar qəbul etməyib. Bundan başqa, saziş olmaya da bilər, belə ki “Microsoft” rəhbərliyinin bir hissəsi saziş bağlanmasına qarşı çıxır.

Son zamanlar bazarda “Yahoo”nun satışı haqqında danışıqlar kəskin şəkildə fəallaşıb. Bu danışıqlar, şirkətin baş direktoru Kerol Bartsın vəzifəsindən istefa etməsindən sonra başlanıb.

2008-ci ildə “Microsoft” korporasiyası “Yahoo” üçün 44,6 milyard dollar təklif edirdi, lakin internet-şirkət rəhbərliyi buna imtina ilə cavab vermişdi.

“Yahoo” səhmləri “Nasdaq” birjasında oktyabr ayının 5-də 8 faizdən çox artıb. Şirkətin ümumi kapitallaşdırması 19,7 milyard dolları ötür.




06/10/11    Çap et