Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” canlı yayımda özünəqəsdlərlə mübarizə üsulunu tapıb


“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq məlumat verib ki, adıçəkilən sosial şəbəkə aqressiya ilə dolu nəşrlər və zorakılıq səhnələrinin yayımı ilə mübarizə aparmaq üçün 3 min nəfər işə götürəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “bbc.com” saytına istinadən yazır ki, Zukerberq deyib ki, “Facebook” sosial şəbəkəsində canlı yayımda özünə və başqalarına ziyan vuran insanları görmək ürək sızladır.

O, həmçinin bildirib ki, ki, sosial şəbəkənin əməkdaşlarının şikayətlərə daha sürətli reaksiyası və zərurət yarandıqda hüquq-mühafizə orqanlarına müraciət etmək üçün şikayətvermə mexanizmi sadələşdiriləcək.

"Biz ötən həftə canlı yayım aparan şəxsin intihar etməsi xəbərini alan kimi dərhal hüquq-mühafizə orqanları ilə əlaqə saxladıq və onlar bunun qarşısını ala bildilər" – Zukerberq yazıb.

Emil Hüseynov





05/05/17    Çap et