Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnternet trafikinə qənaət edən “Opera Max” proqramının interfeysi yenilənib və bir sıra yeni funksiyalar əlavə edilib


2014-cü ildə “Opera Software” şirkəti “Android” mobil əməliyyat sistemi ilə işləyən qurğularda internet trafikinə qənaət etmək üçün “Opera Max” proqramını istifadəyə verib. 3 il sonra tərtibatçılar xidməti yeniləyiblər. Bununla əlaqədar şirkətin mütəxəssisləri istifadəçi interfeysini tamamilə yenidən işləyiblər. Həmçinin bir sıra yeni funksiyalar istifadəyə verilib. Məsələn, “Opera Max” mobil tətbiqi indi istifadəçilərə trafikə maksimum qənaətlə bağlı fərdi məsləhətlər verəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki,  “Opera Max 3.0” tətbiqində tərtibatçılar “Facebook” sosial şəbəkəsinin istifadəçiləri üçün xüsusi funksiya istifadəyə veriblər. Belə ki, mobil tətbiqin daxilində “Facebook”un ayrıca veb versiyasını açmaq mümkündür. Bu, “Facebook” sosial şəbəkəsində video, şəkil və başqa məzmuna baxış zamanı veb trafikə maksimum qənaətə imkan verəcək.

“Opera Max” mobil tətbiqinin yeni versiyası artıq “Google Play” internet mağazasında əlçatandır.

Emil Hüseynov





08/05/17    Çap et