Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ən güclü smartfonlar reytinqi açıqlanıb


“AnTuTu” resursunun ekspertləri dünyanın ən güclü smartfonlar onluğunu tərtib ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, birinci yeri “iPhone 7 Plus” modeli tutaraq bu yaxınlarda buraxılan “Samsung Galaxy S8” və “Samsung Galaxy S8 Plus” smartfonlarını geridə qoyub.

“AnTuTu” servisində “Apple” şirkətinin istehsalı olan “iPhone 7 Plus” 177 min bal toplayıb. Smartfon bir neçə aydır lider mövqedə qərarlaşıb. Cənubi Koreya istehsalçısının qabaqcıl “Samsung Galaxy S8” və “Samsung Galaxy S8 Plus” smartfonları eyni nəticə (172 min 600 bal) ilə ikinci və üçüncü pillədə yer alıb.

Bundan başqa, dünyada ən güclü smartfonlar beşliyinə 171 min bal toplayan “iPhone 7” daxil olub. Sonrakı yerləri “OnePlus 3”, “LeEco Le Pro 3” kimi qurğular tutub.

Onluqda, həmçinin “LeEco Le Max 2”, “ZTE Axon 7”, “Asus ZenFone 3” yer alıb.

Nizam Nuriyev 





08/05/17    Çap et