Smartfondan suyun səs vasitəsilə təmizlənilməsi üsulu kəşf edilib
ABŞ Patent Bürosu “Apple” şirkətinin smartfonun su təsirindən daha mükəmməl mühafizəsini nəzərdə tutan texnologiyanın təsvir edildiyi sənədi dərc edib. Söhbət “iPhone” smartfonunun korpusundan suyun təmizlənilməsi sistemindən gedir.
“ICTnews” Elektron Xəbər Xidməti “
IGate” resursuna istinadən yazır ki, patentləşdirilmiş üsul mobil qurğuların texnoloji çıxışlarından mayenin səs dəyişmələri vasitəsilə təmizlənilməsini nəzərdə tutur. İdeya elementlərdə akustik çıxışlar (dinamiklər və ya mikrofonlar) daxilində hidrofob xüsusiyyətlərin quraşdırılmasından ibarətdir.
Məlumata görə, hazırda “Apple” belə örtükləri kənar elementlərin və suyun düşməsinin qarşısını alan incə torla təchiz edir. Lakin su təzyiq, məsələn, qurğunun dərinliyə salınması nəticəsində içəriyə daxil ola bilər. Bundan başqa, orada rütubətin yüksək olmasına və ya temperaturun kəskin dəyişməsinə görə kondensat toplana bilər ki, bu da qurğunun həssas komponentlərinə pis təsir göstərir.
Akustik çıxışa mayenin düşməsi müəyyənləşdirilən zaman “Apple” səs kanalları ilə yayılan və suyu korpusdan xaric edən xüsusi səs tezliklərindən istifadəni təklif edir.
Suyun təmizlənilməsi mexanizmi oxşar şəkildə “Apple Watch Series 2” saatından işləyir. Saatda sudan mühafizə dinamikin suyu qovan xüsusi konstruksiyası vasitəsilə təmin edilir. Suyun olması müəyyənləşdirildikdən sonra saat ekranında korpusdan suyu təmizləyən sistemi işə salan rəqəmli “Digital Crown” diyircəyini fırlatmaqla bağlı məlumat görünür.
Nizam Nuriyev