Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkəti noyabr ayının ortalarında “Sun” smartfonunu çıxaracaq


Finlandiyanın “Nokia” şirkəti tezliklə “Sun” smartfonunu təqdim edəcək. Monoblok tipli korpusda hazırlanmış yeniliyin “ürəy”i 1,4 QHz takt tezlikli birnüvəli prosessor olacaq. İnteqrasiya edilmiş fləş yaddaşın tutumu 16 QB-dır.

Smartfon “AMOLED” texnologiyası üzrə hazırlanmış 3,7 düymlü sensor ekrana malik olacaq. 8 meqapiksel matrislə və yüksək dəqiqlikli videoyazma imkanı ilə olan kamera, həmçinin “MicroSİM” formatının kartları üçün slot olacağı bildirilib. “Sun” smartfonu noyabr ayının ortalarında təqdim edilə bilər.

Aparata “Windows Phone 7.5” (Mango) əməliyyat sistemi quraşdırılacaq. Bu platformada 500-dən çox yeni funksiya reallaşdırılıb.

Həmin funksiyalara, məsələn, çoxməsələliyin dəstəklənməsi, veb-səhifələrin renderinqinin aparat sürətlənməsi imkanı ilə “İnternet Explorer 9” əsasında səyyah, nitqin tanınması vasitələri, təkmilləşdirilmiş axtarış alətləri və sosial veb-xidmətlərlə daha sıx inteqrasiya və s. aiddir.




06/10/11    Çap et