Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC tərəfindən 12-22 may tarixlərində Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş poçt markaları nəşr olunub.

4 idman növünü özündə əks etdirən poçt markaları artıq dövriyyəyə buraxılıb.

Qeyd edək ki, markaların üzərində tennis, gimnastika, boks və futbol idman növləri əks olunub.

“Belarusskiy dom peçati”də nəşr olunan markaların tirajı 10000, ölçüləri isə 40 x 28 mm təşkil edir.
Poçt markalarının nominal dəyəri 0,5 AZN-dir.

Məlumat üçün bildirək ki, IV İslam Həmrəyliyi  Oyunlarında 21 idman növü üzrə 54 dövlətin 3 000-dən çox idmançısının mübarizə aparacağı nəzərdə tutulub.







12/05/17    Çap et