Bərpa edilmiş “Galaxy Note 7” orijinaldan iki dəfə ucuz olacaq
Cənubi Koreyada bərpa edilmiş “Galaxy Note 7” smartfonunun bu yaxınlarda fotoşəkilləri yayılan “Galaxy Note 7R” versiyasının satışa çıxarılmasına hazırlıqlar gedir. Orijinal modellə müqayisədə qurğunun qiymətinin iki dəfə ucuz olacağı gözlənilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
4PDA” resursuna istinadən yazır ki, yenilənmiş “Samsung Galaxy Note 7R” tövsiyə edilən qiymətdən 50 faiz ucuz ola bilər. Əvvəllər smartfonun Cənubi Koreyada qiymətinin əvvəlki 870 dollara nisbətdə 620 dollar olacağı ehtimal olunub. Bununla belə, smartfon ABŞ-da 849,99 dollar qiymətləndirilib ki, bu da nəzəri baxımdan “Samsung Galaxy Note 7R” qurğusunun satışa 424,99 dollara çıxarıla biləcəyini deməyə əsas verir.
Məlumata görə, təxminən on ay əvvəl buraxılan smartfon üçün dəyərin yarısının tələb olunmasını batareya tutumunun 3500 milliamper/saatdan 3200 milliamper/saatadək azaldılmasına baxmayaraq əlverişli təklif hesab etmək olar. Nəzərə almaq lazımdır ki, akkumulyatorla bağlı səs-küy yaranmamışdan əvvəl orijinal “Note 7” auditoriya tərəfindən çox yaxşı qarşılanıb. Bunu modelin “Android Authority” resursu tərəfindən yüksək qiymətləndirilməsi (mümkün 10 baldan 9,3 bal) bir daha sübut edir.
Nizam Nuriyev