Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Türkiyədə “Anonymous” qrupundan olan hakerlər həbs edilib


Türk polisi “Anonymous” haker qruplaşmasının üzvlərini tapmaq üçün 10-dan çox şəhərdə reydlər keçirib. Reyd nəticəsində hökumət saytlarına hücumlarda şübhəli bilinən 32 insan həbs edilib. Bir neçə gün əvvəl isə oxşar əməliyyatı ispan polisləri həyata keçirmişdilər. Lakin hakerlər polis reydlərinin nəticələrini şübhəli qiymətləndiriblər. Onların sözlərinə görə, “Anonymous”da lider yoxdur və bu qrupu təşkilat adlandırmaq çətindir. Hakerlərin bəyanatında deyildiyi kimi, polis sadəcə bir neçə mülki şəxs saxlayıb.
Bu yaxınlarda “Anonymous” iştirakçıları tərəfindən həyata keçirilmiş güclü hücumlar arasında “Sony PSN” qırmasını və Beynəlxalq Valyuta Fondunun serverlərinə hücumu göstərmək olar.




14/06/11    Çap et