Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlar üçün xüsusi proqram həkimlərin işini daha səmərəli edəcək


Kanadanın Toronto Universitetinin alimlər qrupu tərəfindən yaradılmış  xüsusi proqram təminatı uzaq məsafədən sadə analizlər həyata keçirməyə imkan verəcək. Belə proqram həkimlərin işini daha səmərəli edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “dni24.com” saytına istinadən yazır ki, indi uzaq məsafədən qanın analizini həyata keçirməyə imkan verən proqram təminatı mövcuddur. Şəklin internet vasitəsilə sürətli ötürülməsi proqrama aralıq diaqnoz qoymağa imkan verir və təcili tibbi yardımın göstərilməsi vaxtı həkimlər bu diaqnoza əsaslanırlar. Bu metod özünü doğrultduğuna görə gələcəkdə böyük populyarlıq qazanacaq.

Smartfonlar üçün yeni proqram bəzi analizləri məsafədən həyata keçirməyə imkan verəcək. Pasiyent xüsusi yığcam mikroskopun köməyi ilə şəkil çəkdirməli olacaq və bundan sonra proqram məlumatları emal edəcək. Bütün bu əməliyyatlardan sonra mütəxəssis qan plazmasında olan bakteriyalar haqda məlumat əldə edəcək.

Yeni proqram könüllülərdə yoxlamadan keçirilir və bu ilin sonuna eksperimental əsasda istifadəsi planlaşdırılır. Alimlər bildiriblər ki, smartfonlar üçün yeni proqram bir çox insanın həyatını xilas etməyə kömək edəcək.

Emil Hüseynov





16/05/17    Çap et