Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq fərdi kompüterlərdə “Telegram” servisi vasitəsilə səsli ünsiyyət mümkündür


2013-cü ildə “VKontakte” sosial şəbəkəsinin qurucusu Pavel Durov “iOS” platformasında işləyən “Telegram” messencerini istifadəyə verib. 4 il müddətində servis bütün platformalarda əlçatan olub və istifadəçilərin rəğbətini qazanıb. Vaxt keçdikcə tərtibatçılar yeni funksiyalar əlavə etməklə messencerin imkanlarını genişləndiriblər. Bu günlərdə servisin fərdi kompüter versiyasında ən mühüm yeniliklərdən biri həyata keçirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, bu yaxınlarda “Telegram” messenceri “VoIP” zəngləri (başqa istifadəçilərə səsli zənglər etmək imkanı) dəstəkləməyə başlayıb. Son yeniləmə nəticəsində xidmətin fərdi kompüter versiyasında da sözügedən funksiya istifadəyə verilib. Beləliklə, “Telegram” servisi “Skype” xidmətinin rəqibinə çevrilməkdədir.

Tərtibatçılar əmin edirlər ki, fərdi kompüterlər üçün son yeniləmə kompüter təlimi texnologiyasına əsaslanır, buna görə vaxt keçdikcə rabitə və səsin ötürülməsi keyfiyyəti daha da yaxşılaşacaq.

Emil Hüseynov





17/05/17    Çap et