Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İki yeni “Panasonic” smartfonu təqdim olunub


Yaponiyanın “Panasonic” şirkəti “P85” və “Eluga Ray” smartfon modellərini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, modellər çoxlu oxşarlıqlara malikdir: “Android 6.0 Marshmallow” əməliyyat sistemi, 1280х720 piksel təsvir ölçülü 5 düym diaqonallı ekran, “4G” şəbəkəsinin və “VoLTE” texnologiyasının, “Wi-Fi 802.11b/g/n”, “GPS və “Bluetooth 4.0” modullarının dəstəklənməsi, qulaqcıqlar üçün 3,5 mm-lik çıxışın mövcudluğu, 4 min milliamper/saat tutumlu akkumulyator, 16 giqabaytlıq quraşdırılmış yaddaş.

Kiçik model - “Panasonic P85” 1 giqahers takt tezlikli dördnüvəli prosessor, 2 giqabaytlıq operativ yaddaş və 8 və 2 meqapikselli kameralarla təchiz edilib. Yeni qurğunun qabaritləri 145х72,2х9,35 mm, çəkisi 146,7 qram təşkil edir.

“Panasonic Eluga Ray” modeli dördnüvəli prosessora malik olsa da, 1,3 giqahers takt tezliyi ilə işləyir, eləcə də 3 giqabaytlıq operativ yaddaş və 13 və 5 meqapikselli kameralarla təchiz olunub. Həmçinin, barmaq izi skanerinin quraşdırıldığı modelin qabaritləri 144,4х71,6х9,7 mm, çəkisi 169 qram təşkil edir.

“Panasonic P85” və “Eluga Ray” smartfonlarının qiyməti müvafiq olaraq 100 və 125 dollara bərabər olacaq.  

Xatırladaq ki, martda “Panasonic” oxşar texniki xüsusiyyətlərə malik digər iki qurğu (Eluga Ray Max və Ray X) nümayiş etdirib.

Nizam Nuriyev 





17/05/17    Çap et