Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qulağa taxılan mini-kompüter təqdim olunub


"Bragi" startapı "Kickstarter" platformasında smartfon üçün "Dash" adlı simsiz "güclü qulaq kompüteri" üçün vəsait toplama kampaniyasına başlayıb. İstehsalçının iddiasına görə, peşəkar "Dash Pro" qulaqlıq modelində səslənmə keyfiyyəti "Apple AirPods" ilə eynidir, bu halda "Dash Pro" modelinin avtonom iş vaxtı çoxdur və fitnes göstəricilərini daha dəqiq izləyir.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, "Dash Pro" qulaqlığı real vaxt rejimində istifadəçinin sağlamlıq vəziyyətini və onun məşqlərini izləyən 27 datçiklə təchiz edilib. Yeni qulaqlıq "Starkey" firması ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Bu firma qarniturun istənilən istifadəçinin eşitmə kanalına uyğun gəlməsi üçün ABŞ və Kanadadan təxminən 5 min audioloq işə cəlb edib.

"Dash Pro" qulaqlığı "Bragi OS 3" əməliyyat sistemi ilə işləyir. Sistemin  yeni funksiyalarından biri "iTranslate" xidmətinin köməyi ilə mətnin "canlı" tərcüməsidir.

"Dash Pro" qulaqlığı "AirPods" ilə müqayisədə böyük funksiyalar yığınına malikdir, amma qiyməti bahadır. "Dash Pro" qulaqlığının başlanğıc modelinin qiyməti 329 dollardır.

Emil Hüseynov





18/05/17    Çap et