Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Chrome” brauzerində təhlükəli boşluq aşkar edilib


“Defense Code” şirkəti “Windows” əməliyyat sistemində “Google Chrome” brauzerinin işində boşluq aşkar edib. Məlum olub ki, brauzerdə aşkar edilmiş təhlükəli boşluq istifadəçilərin məxfiliyini təhlükə altına qoyur.

“ICTnews” Elektron Xəbər Xidməti “planet-today.ru” saytına istinadən yazır ki, sözügedən boşluq parol və loqinləri oğurlamağa imkan verir. Məhz “.SCF (Shell Command File)” formatlı fayllar problem yaradır. Bu mətn sənədi “Windows” əməliyyat sistemlərində pəncərələrin qatlanması üzrə  komandalar yığımından ibarətdir.

“Google Chrome” brauzeri yüklənmiş informasiyanı lazımi qovluqda saxlayır. “.SCF” formatlı faylı "Bələdçi" rejimində açmaq istədikdə o, sazlama parametrləri vasitəsilə təyin edilmiş resurs vasitəsilə açılacaq.

Beləliklə, belə formatlı fayla müdaxilə üsulunu tapmış fırıldaqçı istifadəçinin parol və loqinlərini ələ keçirə bilər.

Emil Hüseynov





19/05/17    Çap et