Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Teleskoplar kosmosda yığılacaq


Beynəlxalq Kosmik Stansiya göyərtəsində üçölçülü printer hüququna malik “Made In Space” şirkəti orbitdə obyektlərin quraşdırılması üzrə unikal aparat yaradıb. “Archinaut” adlanan qurğu böyük “3D” printeri və elastik kosmik manipulyatoru vahid blokda birləşdirir.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, şirkətin baş direktoru Endryu Raşın sözlərinə görə, yeni aparatın oxşar qurğulardan fərqi onun kosmosda böyük obyektləri yığa bilməsindədir ki, onları da kosmosa yığılmış və ya sökülmüş vəziyyətdə göndərmək qeyri-mümkündür.

Məlumata görə, belə obyektlərə qabaritlərinə görə raketin ön müqavimət sipərində yerləşdirilən orbital teleskoplar aid edilir.

Nizam Nuriyev
 
 






19/05/17    Çap et