Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İnternet Explorer 9” səyyahı hər gün 3-5 milyona qədər onlayn təhlükəni bloklayır
“NSS Labs” şirkətinin məlumatına əsasən, 2011-ci ilin ikinci rübü ərzində “İnternet Explorer 9” səyyahı sosial mühəndislik hücumlarından müdafiə sahəsində liderlik edir, belə ki yalnız o, 92% təhlükəli URL ünvanı və yüklənən proqramların 8%-ni bloklayır.
“İnternet Explorer 9” səyyahına inteqrasiya edilmiş “SmartScreen” filtri təhlükəli veb-saytları tamamilə bloklayır, səyyahda olan antifişinq müdafiəsi isə fişinq tərkibini, hətta etibarlı veb-səhifədə müəyyən etməyə imkan yaradır. Hər gün “İnternet Explorer 9” səyyahı 3-5 milyona qədər onlayn təhlükə bloklayır.
06/10/11 Çap et