“WannaCry” virusundan zərərçəkənlərin 98%-dən çoxu “Windows 7” sisteminin istifadəçiləridir
“WannaCry” virusuna yoluxma hallarının 98%-i “Windows 7” sisteminin idarəetməsi altında işləyən kompüterlərin payına düşür, həm də yoluxmaların 60%-dən çoxu sözügedən sistemin 64 bitlik versiyasına zərər vurub. "Kasperski Laboratoriyası"nın analitikləri bildiriblər.
“ICTnews” Elektron Xəbər Xidməti “
securitylab.ru” saytına istinadən yazır ki, statistikaya görə, sözügedən virusa yoluxmuş kompüterlərin 1%-dən az hissəsi “Windows Server 2008 R2” və “Windows 10” (0,03%) sistemləri ilə işləyir. "Kasperski Laboratoriyası"nın mütəxəssisi Kostin Rayunun sözlərinə görə, “Windows XP” əməliyyat sistemi ilə işləyən kompüterlərin sözügedən virusa yoluxma halları cüzidir".
“WannyCry” virusunun özəl cəhəti öz-özünə çoxalma funksiyasıdır.
Ekspertlərin məlumatına görə, fırıldaqçı proqram təminatından zərərçəkənlərin sayı artıq 400 mini ötüb.
Emil Hüseynov