Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hindistanlı tələbə miniatür peyk yaradıb


Hindistanda 18 yaşlı tələbə Rifat Şaaruk ən yüngül və miniatür kosmik aparat yaradıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, Hindistanın keçmiş prezidenti Əbdül Kəlamın xatirəsinə həsr olunan “KalamSat” adlı peyk üçölçülü çap texnologiyası vasitəsilə karbon lifindən hazırlanıb.

Məlumata görə, çəkisi 64 qram təşkil edən aparat kub şəklində 4 santimetrlik till uzunluğunda düzəldilib. “KalamSat” miniatür ölçülərinə baxmayaraq bort kompüterləri, eləcə də Yer kürəsinin sürətlənmə, fırlanma və maqnitosferasını ölçəcək 8 ötürücü ilə təchiz edilib.

R.Şaarukun mini-peyk layihəsi ABŞ Kosmik Agentliyinin (NASA) “Cubes in Space” müsabiqəsində qalib olub. Kompakt aparatın iyunun 21-də Virciniyanın Uollops adasından buraxılması planlaşdırılır.

“KalamSat” peykinin 12 dəqiqəsi mikroqravitasiya şəraitində olmaqla 4 saatlıq suborbital uçuş edəcəyi nəzərdə tutulur.

Nizam Nuriyev 





23/05/17    Çap et