Təhlükəsiz “LG X Venture” smartfonu təqdim edilib
Cənubi Koreyanın “LG Electronics” korporasiyası tərəfindən təqdim edilmiş orta səviyyəli yeni smartfon yüksək təhlükəsizlik imkanlarına malikdir.
“LG X Venture” modeli “IP68” və “MIL-STD 810G” standartlarına cavab verir və bu, o deməkdir ki, qurğu 30 dəqiqə ərzində 1,5 metr dərinliyində suyun içində qala bilər. Bundan başqa, telefon zərbələrə, toz və suya qarşı davamlıdır.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, smartfon “IPS” matrisi və “In-Cell Touch” sensor texnologiyası üzrə hazırlanmış “Full HD” (1920x1080 piksel) 5,2 düymlük ekranla təchiz edilib. Aparat 1,14 takt tezlikli 8 nüvəli “Qualcomm Snapdragon 435” prosessoru, 2 QB əməli yaddaş və 32 QB-lıq daimi yaddaşa malikdir.
Əsas kameranın təsvir ölçüsü 16 meqapiksel, ön kamerada isə 5 meqapikseldir.
Telefon 4100 milliamper/saat tutumlu akkumulyator batareyasına malikdir və “Android 7.0 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Smartfonun qalınlığı 9,3 mm, çəkisi isə 167 qr-dır.
26 may 2017-ci il tarixində satışa çıxarılacaq “LG X Venture” smartfonunun qiyməti təxminən 330 dollar təşkil edəcək.
Emil Hüseynov