Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” şirkəti dezoksiribinuklein turşusu əsasında məlumatların saxlanılması üzrə “bulud” sistemi yaradır


İndi əksər nəhəng korporasiyalar yeni məlumat daşıyıcılarının yaradılması sahəsində tədqiqatlar keçirirlər. Amma “Microsoft Research”in tədqiqat qrupu bu istiqamətdə daha irəlidədir. Ötən il istehsalçılar bildirmişdilər ki, informasiyanın saxlanılması üçün dezoksiribinuklein turşusundan istifadə etmək istəyirlər. “MIT Technology Review” nəşrinə inansaq, 3 il sonra istifadəyə veriləcək sistem məlumatları məsafədən dezoksiribinuklein turşusunda saxlamağa imkan verəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, indi “Microsoft” şirkəti “Twist Bioscience” şirkəti ilə əməkdaşlıq edir. Bu qurum süni dezoksiribinuklein turşusunun istehsalı üzrə ixtisaslaşıb. İstehsalçılar hesab edirlər ki, onların məlumat daşıyıcıları ötən əsrin 70-ci illərinin sürət texnikası ölçüsündə olacaq.
 
Dezoksiribinuklein turşusu molekulu son dərəcə yüksək yazma sıxlığına malikdir.

Emil Hüseynov





24/05/17    Çap et