Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo” şirkətinin səhmləri 10 faiz bahalaşıb


Şəbəkədə “Microsoft” korporasiyasının yenidən “Yahoo”nu almaq cəhdi ilə bağlı məlumat yayılıb. Qeyd edək ki, “Microsoft” 2008-ci ilin əvvəlində hər səhm üçün 31 dollar təklif edərək “Yahoo”nu almaq niyyətini bildirmişdi.

Sonra səhm üçün qiymət 33 dollara qədər artırıldı, sazişin ümumi məbləği isə 47,5 milyard dollar ola bilərdi.

Lakin bu məbləğ “Yahoo” Direktorlar Şurasını razı salmadı: onlar bildirmişdilər ki, birləşmə yalnız hər səhm üçün 37 dollar hesaba görə mümkündür. Nəticədə “Microsoft” korporasiyası öz təklifindən imtina etdi.

Yeni şayiələr fonunda bildirilir ki, “Yahoo”nun qiymətli kağızları bu həftə 10%, təxminən 16 dollara qədər bahalaşıb. Beləliklə, hal-hazırda internet-şirkətin səhmlərinin qiyməti “Microsoft” korporasiyasının 3 il əvvəl onlar üçün təklif etdiyi qiymətdən 2 dəfə ucuzdur.




07/10/11    Çap et