“Galaxy S9” smartfonu haqda ilk təfərrüatlar məlum olub
“Samsung” korporasiyası yeni qabaqcıl “Galaxy S9” smartfonu üzərində işlərə başlayıb. Bu haqda “The Bell”ə istinadən “The Investor” nəşri yazıb.
Məlum olub ki, sözügedən qurğu “Star” və “Star2” adlandırılacaq iki versiyada istifadəyə veriləcək. Ehtimal ki, “Galaxy S8” smartfonunda olduğu kimi, bu modellər yalnız ekranın diaqonalı ilə fərqlənəcək. Bundan başqa, “Samsung” və “Qualcomm” şirkətləri tərəfindən birgə hazırlanan “Snapdragon 845” prosessoru “Galaxy S9” smartfonuna qurulacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “
lenta.ru” saytına istinadən yazır ki, mənbənin sözlərinə görə, yeni smartfon “S8” qurğusundan çox fərqlənməyəcək. Əsas fərq odur ki, barmaq izi skaneri ekran səthinin alt hissəsinə yerləşdiriləcək.
"Hələ ki telefonun xarakteristikaları haqda danışmaq çox tezdir, amma mən eşitmişəm ki, yeni telefon şirkətin cari smartfonunda olduğu kimi eyni displeylə təchiz ediləcək – mənbə deyib. 2017-ci ilin sonunda telefonun istehsalına başlanılacaq".
Emil Hüseynov