Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər qurğulara müdaxilə məqsədilə subtitrlərdən istifadə edirlər


“Check Point Software” antivirus şirkəti dünyada 200 milyon istifadəçini təhlükə altında qoyan yeni kiberhücum aşkar ediblər.
 
Hakerlər “VLC”, “Kodi” (“XBMC”), “Popcorn Time” və “Stremio” kimi proqram mediapleyerləri üçün zərərverici subtitrlər yaratmağı və bu proqram təminatı qurulmuş qurğulara (smartfon, planşet, kompüter, televizor) müdaxilə etməyi öyrəniblər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “VLC” media pleyerinin 5 iyun 2016-cı il tarixində buraxılmış son versiyası 170 milyon dəfədən çox yüklənilib. Təhlükə yaradan başqa pleyerlər milyon dəfələrlə yüklənib. “Check Point” şirkətinin nümayəndəsi bildirib ki, subtitrlərlə bağlı boşluqlar səbəbindən təxminən 200 milyon qurğu risk qrupuna daxildir.
 
Pleyerlərin yaradıcıları yuxarıda qeyd edilmiş problemi aradan qaldıraraq yeni versiyalar çıxarıblar.
 
Emil Hüseynov





25/05/17    Çap et