Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“İntel” şirkəti mobil kompyuterlər üçün yeni prosessorlar istehsal edir
“İntel” korporasiyası portativ kompyuterlər üçün 4 prosessor - “Pentium 967”, “Pentium B960”, “Core i5-2430M” və “Core i7-2670QM” modellərini istehsal edib.
Bütün çiplər Sandy Bridge ailəsinə aiddirlər; onların konstruksiyasına inteqrasiya edilmiş “İntel HD 3000” qrafik kontrolleri daxildir. Keş yaddaşın tutumu 2-6 MB-a qədər təşkil edir.
2 nüvəli “Pentium 967” modeli 1,3 QHz takt tezliyində işləyir; yayılan istilik enerjisinin (TDP) maksimal qiyməti 17 Vattdır. “Pentium B960” prosessoru həmçinin 2 nüvəyə malikdir; onun takt tezliyi “TDP” göstəricisi 35 Vatt olduqda 2,2 QHz-dir.
“Core i5-2430M” və “Core i7-2670QM” çipləri 2,4 və 2,2 QHz takt tezliyində işləyən 2 və 4 hesablama nüvəsi ilə təchiz olunublar.
“TDP” göstəricisi 35 və 45 Vatta bərabərdir; “Hyper-Threading” çoxaxınlılıq texnologiyası və sürətin avtomatik artırılması sistemi – “Turbo” dəstəklənir. Prosessorların tədarükləri artıq başlanıb.
07/10/11 Çap et