Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ağıllı” parça istənilən düz səthi sensora çevirir
Elektron parçaların meydana çıxması "ağıllı" geyim yaratmağa imkan verir, məsələn, istifadəçinin sağlamlıq vəziyyətinə nəzarət edən və ya dostlarla əlaqə saxlamağa imkan verən koftalar. Ancaq bu, "ağıllı" parçanın yeganə tətbiq sahəsi deyil. Belə ki, dizayner Medison Maksey tərəfindən yaradılmış süfrə ölçüsündə böyük sensor səth “maus” və ya kompüterin trekpadını əvəz edə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, "ağıllı" parça – bu, işıqlandırıcı, sensorlu və ya qızdırıcı səthlər yaratmağa imkan verən tekstildir. “Textile Touchpad” adlandırılmış yenilik “Brooklyn's New Lab” laboratoriyasında hazırlanıb və “Loomia” texnologiyası üzrə yaradılmış məhsulların potensial imkanlarını nümayiş etdirmək üçün nəzərdə tutulub. “Loomia” – bu, elektron parçanın istehsalı üçün 2013-cü ildə yaradılmış şirkətdir.
Yeniliyin istifadəsindən sonra 0,9 kq ağırlığında böyük sensor panel asanlıqla yığıla bilər.