Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sosial şəbəkələrin reklamdan əldə etdikləri gəlir 5 milyard dolları ötəcək
Sosial şəbəkələrin reklamdan əldə etdikləri gəlir cari ildə 5,54 milyard dollar təşkil edəcək. Bu göstərici keçən illə müqayisədə 55.6% çoxdur. Bu barədə “eMarketer” şirkətinin proqnozunda qeyd edilib.
Analitik şirkətin hesablamalarına əsasən, sosial şəbəkələrin 2010-cu ildə reklamdan əldə etdikləri gəlir 3,56 milyard təşkil edib. 2009-cu ildə analoji göstərici 2,38 milyard dollar olub.
“EMarketer” şirkətinin məlumatında qeyd olunduğu kimi, gəlirin təxminən yarısı - 2,74 milyard dollar ABŞ bazarına gələcək.
Öz növbəsində, Amerika bazarında gəlirin əsas hissəsini “Facebook”, “Twitter” və digər sosial şəbəkələr əldə edəcəklər. Məsələn, “LinkedIn” işgüzar sosial şəbəkəsi cari il reklam sayəsində 140,8 milyon dollar qazanacaq.
“EMarketer” analitik şirkətinin hesablamalarına əsasən, qarşıdakı 2 ildə sosial şəbəkələrin reklamdan əldə etdikləri gəlir artacaq. 2012-ci ildə gözlənildiyi kimi, gəlir 8,04 milyard dollar, 2013-cü ildə isə 9,99 milyard təşkil edəcək.
07/10/11 Çap et