Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Intel” kredit kartı ölçüsündə kompüter təqdim edib


“Intel” şirkəti xarici USB akkumulyatoru xatırladan “Compute Card” adlı incə kompüter haqda məlumat verib. "Cib" qurğusu hələ cari ilin yanvarında “CES 2017” sərgisində nümayiş etdirilmişdi. İndi isə Taybeydə keçirilən “Computex” sərgisində çip istehsalçısı sözügedən qurğunun konfiqurasiyasını açıqlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Compute Card” kompüterinə ən müxtəlif prosessorlar quraşdırıla bilər: enerji cəhətdən effektiv “Intel Celeron”, “Pentium”, daha məhsuldar “Core m3” və 7-ci nəsil “i5”. Modeldən asılı olaraq, mini-fərdi kompüter 4 QB-lıq DDR3 tipli əməli yaddaş, “Wireless-AC 7265” və ya “8265” modemi (“Bluetooth 4.2” modulu ilə), həmçinin 64 QB-lıq “eMMC” və ya 128 QB-lıq SSD daşıyıcısı ilə təchiz edilə bilər.
 
Bundan başqa, “Intel” şirkəti tərəfindən buraxılmış “Device Design Kit” alətinin köməyilə partnyor şirkətlər “Compute Card” kompüterinə uyğun qurğular hazırlaya biləcəklər. Artıq “LG”, “Display”, “Sharp”, “Dell” və “HP” kimi istehsalçılar “Intel” şirkəti ilə əməkdaşlıq niyyətini ifadə ediblər.
 
Emil Hüseynov





31/05/17    Çap et