Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2022-ci ilə kibercinayətlərdən dəyən zərərin həcmi 8 trilyon dollara yaxınlaşacaq


Britaniyanın “Juniper Research” analitik agentliyinin hesabatına görə  növbəti  beş ildə şirkət və təşkilatların məlumat itkisindən ümumi zərəri 8 trilyon dollara yaxınlaşacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, analitiklərin proqnozuna görə, kibertəhlükəsizlik sahəsində innovativ həllərin tətbiqinə baxmayaraq, 2017-ci ildə hakerlər tərəfindən oğurlanmış fərdi məlumatların həcmi 2,8 milyard təşkil edəcək və 2020-ci ilə bu göstərici 5 milyarda yaxınlaşacaq.
 
Hesabata əsasən, kiçik və orta biznes müəssisələri xüsusi riskə məruz qalırlar və belə təşkilatlar qoruyucu tədbirlərin reallaşdırılmasına orta hesabla təxminən 4 min dollar xərcləyirlər. Ekspertlərin fikrincə, kibertəhdidlərin artmasına baxmayaraq, növbəti beş ildə belə şirkətlərin kibertəhlükəsizlik sahəsinə xərcləri cüzi artacaq.
 
Emil Hüseynov





01/06/17    Çap et