“Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəza ilə bağlı müraciət” elektronlaşdırıldı
"Azərsu" ASC–nin
"Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəza ilə bağlı müraciət" adlı elektron xidməti "Elektron hökumət" portalına ("
www.e-gov.az") əlavə olunub.
Sözügedən xidməti "www.e-gov.az" üzərindən "
Bütün xidmətlər" bölməsindən "Azərsu" ASC-nin xidmət qrupu arasından, həmçinin "Axtarış" xanasına e-xidmətin adını yazmaqla tapa bilərsiniz.
Vətəndaş müraciətini, abonent kodunu daxil etməklə və ya elektron xidmət FİN-ə uyğunlaşdırıldığına görə birbaşa "
Davam et" düyməsini seçməklə formalaşdıra bilər. Açılan pəncərədə müvafiq xanaları zəruri qaydada qeyd etdikdən sonra müraciət təsdiqlənməlidir.
Beləliklə, vətəndaş kompüter və internetin olduğu istənilən yerdən sözügedən məsələlərlə bağlı müraciətini elektron qaydada göndərə bilər. Müraciət formasında qeyd edilmiş bütün xanalar lazımi qaydada doldurulduqda müraciət qeydə alınır və monitorda
"MÜRACİƏTİNİZ QEYDİYYATA ALINDI. XİDMƏTİMİZDƏN İSTİFADƏ ETDİYİNİZ ÜÇÜN SİZƏ TƏŞƏKKÜR EDİRİK" sözləri yazılmış təsdiq pəncərəsi açılır. İcra müddəti 3 iş günü təşkil etdiyindən su-kanal idarəsinin nümayəndələri tərəfindən bu müddət ərzində müraciətə əsasən zəruri tədbirlər görülür.
"Su təchizatı və tullantı sularının axıdılması sistemində baş vermiş qəza ilə bağlı müraciət" adlı elektron xidmət "Elektron hökumət" portalına inteqrasiya edildikdən sonra portalda olan elektron xidmətlərin sayı
449 oldu.
Qeyd edək ki, elektron xidmətin istifadəsi üçün "Elektron hökumət" portalına müvafiq autentifikasiya vasitələri ("Elektron imza" kartı, "Asan imza", e-gov identiti və istifadəçi adı/şifrə) ilə giriş edilir.
Diqqət! "www.e-gov.az" portalının giriş vasitələri olan istifadəçi adı/şifrə və "Elektron imza"nı aşağıdakı ünvanlardan əldə etmək olar:
–
www.e-gov.az və
www.e-imza.az saytı üzərindən online müraciət etməklə;
– "Şəbəkə" xidmət mərkəzlərindən;
– Elektron imza qeydiyyat məntəqəsi (Dilarə Əliyeva küç. 185);
Əlavə məlumat üçün aşağıdakı linkləri klikləyin:
– www.e-gov.az portalına onlayn
qeydiyyat
– Elektron imza üçün onlayn
müraciət
– Xidmətin təlimatı
–
Onlayn konsultasiya.