2017-ci ildə kompüter qurğularının qlobal tədarük həcmi 433 milyon təşkil edəcək
Tayvanın “Market Intelligence and Consulting Institute” (“MIC”) analitik təşkilatının proqnozuna əsasən, 2017-ci ildə noutbuk, masaüstü fərdi kompüter sistemləri, planşetlər və serverlər daxil olmaqla kompüter qurğularının qlobal tədarük həcmi 433 milyon təşkil edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlər bildiriblər ki, 2016-cı illə müqayisədə (yuxarıda sadalanan fərdi kompüter növlərinin tədarük həcmi 9% azalaraq 451 milyon təşkil etmişdi) cari ildə azalma tempi 4% təşkil edəcək. “MIC”-in qiymətləndirməsinə görə, ötən il istehsalçılar dünyada 10,6 milyon server, 181 milyondan çox planşet, 156,3 milyon noutbuk və 103,53 milyon masaüstü kompüter tədarük ediblər.
2017-ci ildə leptop və masaüstü sistemlərin tədarük həcmi 99 və 156 milyon, planşetlərdə isə 167,4 milyon səviyyəsində gözlənilir ki, bu da ötənilki göstəricilərlə müqayisədə müvafiq olaraq 0,4%, 4,3% və 7,6% aşağıdır. Eyni zamanda server seqmentində 4,7%-lik artım gözlənilir.
"Cari ildə qlobal serverlər bazarında brend şirkətlər tərəfindən göstərilən “bulud” xidmətlərinin inkişafı nəticəsində artım qeydə alınacaq" – Tayvanın analitik şirkətindən bildirilib.
Emil Hüseynov