İyulun 1-dən “Skype” proqramının dəstəklənməsi dayandırılacaq
“Microsoft” korporasiyası iyulun 1-dən etibarən köhnə əlavələrə xidmətin göstərilməsini dayandıracaq. Bu siyahıya “Windows Phone 8” və ya “Windows Phone 8.1”, “Windows RT, sistemləri ilə işləyən “Skype” əlavəsi, “Windows 10 Mobile” üçün proqram məlumatları daxildir.
“ICTnews” Elektron Xəbər Xidməti “
Rambler” resursuna istinadən yazır ki, hazırda korporasiya “Skype”ın “P2P” platformasına qaytarılması üzərində çalışır. Bu, tam keçid olacaq. Əlavələrin dəstəklənməsinin dayandırılması ilə bağlı “Microsoft” istifadəçilərə müvafiq bildirişlər göndərməyə başlayıb.
Məlumata görə, elan sürpriz olmamalıdır, çünki korporasiya ötən il yuxarıda qeyd edilən platformaların dəstəklənməsinin başa çatmasını açıqlayıb. İyulun 1-dən sonra bu əlavələrdən istifadə zamanı bir neçə variant qalacaq: internet brauzerindən istifadə mümkün olmadıqda internet “Skype” proqramından yararlanmaq olar. Lakin platformaya daxil olmaq üçün yeni avadanlıq tələb olunacaq.
Aktiv “Microsoft” istifadəçilərini nəzərə almaqla belə qənaətə gəlmək olar ki, platformaların istifadəçi bazası çox azdır.
Nizam Nuriyev