Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompüter arxasında daha çox vaxt keçirənlər üçün monitor təqdim edilib


Tayvanın “BenQ” şirkəti kompüter arxasında daha çox vaxt keçirənlər üçün nəzərdə tutulmuş “GW2470ML” monitorunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, yeni monitor işıqlandırmada göy rəngin azalması (Low Blue Light Plus funksiyası) ilə səciyyələnir ki, bu da fərdi kompüterdə uzunmüddətli iş zamanı gözlərə düşən gərginliyi azaldır. Qurğu, həmçinin sayrışmanı aradan qaldıran “Flicker-Free” texnologiyası və “Brightness Intelligence” intellektual parlaqlıq tənzimləmə rejiminə malikdir.

Təqdim edilmiş model “VA” matrisinə malik və 1920x1080 piksel (Full HD) təsvir ölçülü 23,8 düymlük ekranla təchiz edilib. Ekran, həmçinin aşağıdakı parametrlərə malikdir: “GtG” rejimində pikselin reaksiya vaxtı - 4 ms, parlaqlıq - 250 kd/kv. m, dinamik kontrastlıq - 20 000 000:1, statik kontrastlıq - 3000:1, üfüqi və şaquli baxış bucağı - 178 dərəcə.

Bundan başqa, monitor hər biri 2 vatt gücündə 2 ədəd stereodinamika, “D-sub”, “DVI” və “HDMI 1.4” portları ilə təchiz edilib. Monitorun çəkisi 4,1 kq-dır.

Emil Hüseynov





06/06/17    Çap et