Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” mobil əməliyyat sisteminin ən populyar versiyası məlum olub


“Marshmallow 6.0” əməliyyat sistemi ilk dəfə “Android” sistemi bazarında ən geniş yayılmış platforma adına layiq görülüb. Bu haqda iyunun 5-nə olan yeni statistikada qeyd edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, hazırda “Marshmallow 6.0” versiyasının bazar payı 31,2 % təşkil edir. Son ayda bu göstərici dəyişməyib. Amma “Lollipop” (5.0 və 5.1) versiyasının bazar payı azalaraq 30,8 % təşkil edib. 18,1% bazar payına malik “KitKat 4.4” versiyası ilk üçlükdə yerləşib.

Eyni zamanda “Nougat 7.0” və “Nougat 7.1” versiyalarının mövqeyi möhkəmlənir: bir ayda bu versiyaların ümumi bazar ayı 7.1-dən 9,5%-dək artıb.

“IDC” ekspertlərinin fikrincə, 2017-ci ildə dünyada 1,52 milyard smartfon tədarük ediləcək. Analitiklərin proqnozuna görə,  "ağıllı" mobil telefonların tədarük həcminin 85,1%-i “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

Emil Hüseynov





07/06/17    Çap et