Yeni “iOS” versiyası “Facebook” və “Twitter” şəbəkələrini dəstəkləməyəcək
“Apple” şirkəti “iOS 11” əməliyyat sistemində “Facebook” və “Twitter” şəbəkələrinin birbaşa inteqrasiyası funksiyasından imtina edir.
“ICTnews” Elektron Xəbər Xidməti “
DNI24” resursuna istinadən yazır ki, “Facebook” sosial şəbəkəsinin “iOS” funksiyalarında avtomatik avtorizəsinə 2012-ci ildən başlanılıb. Bir müddət əvvəl isə “Twitter” üçün də birbaşa avtorizə əlavə olunub. Avtorizə sistemlərinin tətbiqindən sonra istifadəçilər hesabların istifadəçi kod-parolunu birbaşa sistem funksiyalarında göstərməklə bütün əlavələr üçün avtomatik məlumatlar almağa imkan yaranıb və hesablara daxil olmaq mümkün olub. Lakin bundan sonra bu növ avtorizə üsulundan istifadə qeyri-mümkün olacaq. Belə ki, “iOS 11” əməliyyat sistemindən başlayaraq “Twitter” və “Facebook” birbaşa inteqrasiya funksiyasından məhrum olacaq və istifadəçilər digər əlavələrdə olduğu kimi, əllə avtorizə olunacaqlar. Bundan başqa, qeyd edilən proqramların tərtibatçıları rəqiblərdə olduğu kimi, əməliyyat sisteminə çıxış üçün eyni əlavə genişləndirməsindən istifadəni quraşdırmağa məcbur olacaqlar.
Qeyd edək ki, “iOS” qurğuları üçün yeni əməliyyat sistemi “WWDC 2017” konfransında təqdim edilib. “Apple” şirkəti “iMessage” təcili məlumat mübadiləsi xidmətində yeni dizayn, əlavə reallıqdan istifadə və birbaşa pulköçürmələri funksiyalarını tətbiq edib. Bundan əlavə, “Siri” virtual köməkçi funksiyasının təkmilləşdirilməsi ingilisdilli istifadəçilərin nitqini fransız, alman, Çin, italyan və ispan dillərinə tərcümə etməyə imkan verir. Funksiyalardan payızda yararlanmaq mümkün olacaq.
Nizam Nuriyev