Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung Galaxy Nexus”un texniki xüsusiyyətləri məlum olub


“bgr.com” saytı öz etibarlı mənbələrindən “Samsung Galaxy Nexus” aparatı haqqında informasiya əldə edib. Aparat gələn həftə təqdim ediləcək. Mənbənin məlumatlarına əsasən, “Galaxy Nexus”un texniki xüsusiyyətləri aşağıdakı kimidir:

• “Android 4.0 İce Cream Sandwich”

• Qalınlığı 9 millimetrdir



• 4.65 düymlü 1280 x720 piksel kəskinlikli “Super AMOLED HD” • 1.2QHz takt tezliyində işləyən 2 nüvəli “Tİ OMAP 4460 Cortex A9” prosessoru • 1 QB əməli yaddaş

• 32 QB daxili yaddaş

• 5 meqapiksel arxa kamera, 1.3 meqapiksel ön kamera

• 1080p kəskinlikli “HD” videonu çəkmə imkanı

• “LTE/HSPA” şəbəkələrinə yüksək sürətli qoşulmalar (operatordan asılı olaraq)

• “Wi-Fi a/b/g/n”

• “NFC”

• 1,750 mAh tutumlu batareya

Qiymət haqqında informasiya yoxdur.




07/10/11    Çap et