Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“iOS 11” sükan arxasında smartfondan istifadəni qadağan edəcək


Payızda istifadəyə veriləcək yeni “iOS 11” əməliyyat sistemində “Do Not Disturb While Driving” (“Sükan arxasında narahat etməyin” - DNDWD) adlı maraqlı və faydalı funksiya quraşdırılıb. “Sükan arxasında narahat etməyin” barəsində çoxdan şayiələrin yayıldığı avtomatik rejimdir.  Funksiya sürücüyə hərəkət zamanı smartfondan istifadəni qadağan edir.  

“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, “DNDWD” avtomatik rejimdən fərqli olaraq rabitə vasitələrini deyil, “Narahat etməyin” standart rejiminə oxşar məlumat və ya zənglər haqqında bildirişləri söndürür. Onu əllə işə salan zaman “Sükan arxasında narahat etməyin” “iPhone”un avtomobilin çox sürətlə hərəkət etməsini anladıqda avtomatik işə düşür. “Apple” nümayəndələrinin sözlərinə görə, sürət “Bluetooth” və “Wi-Fi” şəbəkələrinin çıxış nöqtələrinə görə hesablansa da, smartfonda akselerometr quraşdırılıb.

Məlumata görə, “DNDWD” daxil olan məlumatlara proqramlaşdırılmış mətnlə və ya istifadəçinin sükan arxasında olmasını və sonradan cavab verəcəyini bildirən sadə bildirişlə avtomatik cavablandırır. Həmçinin, “Seçilmiş kontaktlar” siyahısına müəyyən kontaktların əlavə edilməsi üçün imkan yaradılıb. Bu, kontaktların ikinci dəfədən zəng etməsinə və ya məlumat göndərməsinə imkan verir. Funksiya təhlükəsizliklə yanaşı, “iPhone” sahiblərinin smartfonun avtomobilin multimedia sisteminə inteqrasiyasından (Apple CarPlay) daha çox istifadə etmələri üçün nəzərdə tutulub.

“Sükan arxasında narahat etməyin” funksiyasını istifadəçinin avtomobil sürücüsü deyil, sərnişin olmasını bildirən düyməni basmaqla söndürmək mümkündür.  

Nizam Nuriyev 





08/06/17    Çap et