Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti ucuz “J” smartfonlar seriyasını yeniləyib


“Samsung” şirkəti ucuz “Galaxy J” smartfon seriyasını müasirləşdirib. “J3” modeli 5 düymlük “HD” formatlı ekran, 1,4 QHs takt tezlikli dördnüvəli “Exynos 7570” prosessoru, 2 QB əməli yaddaş və 16 QB daxili yaddaş, həmçinin 2400 milliamper/saat tutumunda batareya ilə təchiz edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, daha bahalı “J5” və “J7” modelləri “Super AMOLED” texnologiyası üzrə hazırlanmış müvafiq olaraq 5,2 və 5,5 düymlük “HD” displeylər, “microSD” kartlar (256 QB-dək) hesabına artırıla bilən 16 QB-lıq fləş daşıyıcı, dördnüvəli çiplər (1,6 QHs), 13 meqapiksellik əsas və ön kameralarla təchiz edilib. “J7” modelində əməli yaddaşın tutumu 3 QB təşkil edir.

Təqdim edilmiş yeni smartfon modelləri “Android” mobil əməliyyat sisteminin yeni “Nougat” versiyası ilə işləyir. Hər üç aparat qara və ya qızılı rənglərdə əlçatan olacaq.

Avropada 279 avro dəyərində olan “J5” smartfonunun satışına iyunda, 339 avro dəyərində olan “J7” modelinin satışına isə iyulda başlanılacaq.

Emil Hüseynov





08/06/17    Çap et