Fərdi qurğulardan istifadə son həddə çatıb
“Cisco” şirkətinin yeni hesabatında hazırda internetin əksər hissəsinin smartfon, planşet və fərdi kompüterlərlə - insanı informasiya ilə təchiz edən qurğularla təmsil olunması qeyd edilib və beş il sonra həmin qurğuların sayının azalacağı və əsas diqqətin “ağıllı” ev, ofis və avtomobillərdə bir-biri ilə ünsiyyət üçün nəzərdə tutulan kompüterlərə yönəldiləcəyi proqnozlaşdırılır.
“ICTnews” Elektron Xəbər Xidməti “
Vesti” resursuna istinadən yazır ki, şirkət 2021-ci ilədək “kompüterdən kompüterə” prinsipi üzrə işləyən qurğularda artım gözləyir. Belə qurğuların bütün qoşulmuş internet qurğularının 51 faizini təşkil edəcəyi proqnozlaşdırılır. Bəs kompüterlər bir-biri ilə nə barədə “danışacaq”? Bu, əsasən “ağıllı” ev infrastrukturu (işıqlandırma, isitmə sistemi və s.) barədə olacaq. Hesabata görə, 2021-ci ilədək evlərdə 6 milyard qurğu quraşdırılacaq. Daha bir neçə milyard qurğu ofis, xəstəxana, fabrik və mağazalarda yerləşdiriləcək. “Cisco”nun baş analitiki Şruti Ceynin sözlərinə görə, smartfon və planşet kimi fərdi qurğulardan istifadə son həddə çatıb.
“Sözsüz, biz daha çox smartfon və digər qurğular əldə edə bilərik və onların hamısı əvvəlkilərdən keyfiyyətli olacaq. Lakin hər şeyin həddi var”, - ekspert qeyd edib.
Şirkətin illik proqnozları bir qədər gözlənilməz olub. 2012-ci ildə şirkətin yaxın 5 il üçün dünya onlayn trafikinin artımı üzrə proqnozu faktiki statistik artımın təxminən 1 faizini təşkil edib.
Nizam Nuriyev