Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tezliklə rəqəmsal kadastr xəritəsi hazırlanacaq


Daşınmaz əmlak sahəsində yeni struktur formalaşıb, bundan əlavə daşınmaz əmlakın milli qeydiyyat sistemi yaradılıb.

Dövlət Əmlak Komitəsindən verilən məlumata görə, bu sahədə aparılan köklü islahatların nəticəsində peyk və aeroçəkilişlər vasitəsilə ortofoto xəritə hazırlanıb.

Məlumatda daha sonra bildirilir ki, hazırda rəqəmsal kadastr xəritəsinin yaradılması istiqamətində işlər gedir.

Qeyd edək ki, “Darlinq” araşdırmalar mərkəzinin apardığı hesabata görə, 2011-ci il üçün Azərbaycan daşınmaz əmlakın təkmilləşdirilməsi sisteminə görə dünya ölkələri içərisində 10-cu yeri tutur.




07/10/11    Çap et