Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni mühafizəli smartfon nümayiş olunub


Yeni mühafizəli “Blackview BV8000 Pro” smartfonu öz sinfində ən güclü qurğular adına iddialıdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “CHIP” resursuna istinadən yazır ki, 2,3 qiqahers takt tezlikli səkkiznüvəli “MediaTek Helio P20” prosessorunun əsasında işləyən smartfonun operativ yaddaşı 6 giqabayt, quraşdırılmış yaddaşı 64 giqabayt təşkil edir. Korpusu “IP68” standartı üzrə mühafizə olunan yeni qurğu su, kir, toz keçirmir, eləcə də zərbələrə və əldən düşmələrə davamlıdır.  
 
Məlumata görə, smartfon 1920х1080 piksel təsvir ölçülü 5 düymlü “Gorilla Glass 3” qoruyucu şüşəsinə malik ekranla təchiz edilib. Kameralar müvafiq olaraq 16 və 8 meqapiksellidir. Qurğuda, həmçinin “GPS/GLONASS”, “Wi-Fi”, “Bluetooth 4.0”, “NFC” modulları, “USB Type-C” portu, qulaqcıq üçün 3,5 millimetrlik çıxış quraşdırılıb. Akkumulyatorun tutumu 4180 milliamper/saata bərabər smartfon 2 SİM kartın işini dəstəkləyir.
 
“Blackview BV8000 Pro” smartfonunun təxmini qiyməti 260 dollar təşkil edir.
 
Nizam Nuriyev 





10/06/17    Çap et