Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“reCAPTCHA” təhlükəsizlik aləti “Android” tətbiqlərini spam və botlardan qoruyacaq


“Google” şirkəti “Android” sistemi üçün “reCAPTCHA API” utilitini təqdim edib. Alətlər mobil tətbiqlərin spam və botlardan müdafiəsi üçün qabaqcıl təhlil sxemlərindən istifadə edir. Utilit qurğunun insan tərəfindən idarə edilməsinə şübhə etdikdə ekrana təhlükəsizlik kodu çıxardır. Xatırladaq ki, “reCAPTCHA” təxminən 10 il bundan əvvəl hazırlanıb və o vaxtdan etibarən 1 milyarddan çox nəfər sözügedən texnologiyadan istifadə edib. “Google” şirkəti hesab edir ki, indi süni intellekt şəkillərdəki aydın olmayan mətni 99,8% dəqiqliklə “tanıyır”, buna görə yeni təhlil alqoritmlərindən istifadəyə başlanılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Google” şirkətinin rəsmiləri əmindirlər ki, yeni “API” sistemin təhlükəsizliyini daha da artırır, həm də istifadəçi təcrübəsini yaxşılaşdırır.

Emil Hüseynov







12/06/17    Çap et