İlk mobil şəklin çəkilməsindən 20 il ötüb
İndi hətta ən ucuz smartfon yaxşı işıqlandırma şəraitində keyfiyyətli şəkillər çəkməyə və ya videozənglər etməyə imkan verən iki kamera ilə təchiz edilib. Amma əvvəllər insanlar həyatın ən vacib anlarını yadda saxlamaq üçün özləri ilə böyük ölçülü kamera və fotoaparatlar daşımalı idilər. Amma 20 il bundan əvvəl 11 iyun 1997-ci ildə Filipp Kan Kaliforniya ştatında yerləşən Santa-Klara xəstəxanasında ilk mobil şəkli çəkərək öz yaxınları ilə paylaşıb.
"ICTnews" Elektron Xəbər Xidməti "
4pda.ru" saytına istinadən yazır ki, 1997-ci ildə kamera ilə təchiz edilmiş telefon, mobil internet və "Wi-Fi" texnologiyası mövcud deyildi. Amma Filipp Kan bu şad xəbəri öz yaxınları ilə mümkün qədər tez paylaşmaq istəyirdi. Buna görə o, qızının doğumundan bir neçə ay əvvəl hazırlıqlara başlamışdı və onun həyat yoldaşı bu ideyanı dəstəkləmişdi.
Filipp yeni doğulmuş qızının şəklini çəkmək üçün "Motorola StarTAC" mobil telefonunu, "Toshiba" şirkətinin noutbukunu və "Casio QV-10" rəqəmli kamerasını birləşdirib. O, kameranın köməyi ilə 320x240 piksel təsvir ölçüsündə qızının şəklini çəkərək "Motorola StarTAC" telefonunun köməyi ilə həmin şəkli minlərlə elektron poçta göndərməyə imkan verən ev serverinə atıb. Bundan sonra ona buna necə nail olması ilə bağlı suallar verilib.
Emil Hüseynov