Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mütəxəssislər: “Yeni “MacBook” və “MacBook Pro” noutbukları təmir olunmur”


İyunun 5-9-da ABŞ-da keçirilən “WWDC 2017” konfransı yenilənmiş “MacBook” və “MacBook Pro” noutbuklarının təqdimatı ilə yadda qalıb. “iFixit” resursunun nümayəndələri yeni qurğuları daha ətraflı öyrənmək qərarına gəliblər.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, bu məqsədlə 13 düymlü “OLED” ekranlı “MacBook Pro” və 12 düymlü adi “MacBook” noutbuklarının müqayisəsi aparılıb. Yoxlamadan sonra məlum olub ki, hər iki qurğu təmirə yararlılıq göstəricisinə görə minimal 10 baldan 1 bal toplayıb. Lakin bu təəccüb doğurmayıb, çünki ötən il olduğu kimi, “Apple” şirkəti istifadəçilərə təmir olunmayan noutbuklar təqdim edib. Qurğuların daxilinə nəzər salan mütəxəssislər korpusa yapışdırılmış batareya və onun komponentlərini, eləcə də ana plataya bərkidilən operativ yaddaş, prosessor və sərt disk (HDD) aşkarlayıblar. Onların hamısı nasazlıq yaranacağı halda komponentlərin dəyişdirilməsini çətinləşdirəcək. Müsbət amil kimi yalnız ötənilki “MacBook Pro” nümunəsində quraşdırılan “kəpənək” tipli yeni klaviatura qeyd olunur.

Nizam Nuriyev 





12/06/17    Çap et