Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Füzuli Poçtu elektron poçt xidmətinə başlayır
Elektron imzanın tətbiqi ölkəmizdə poçt rabitəsində elektron poçt xidmətinin tətbiqini rəsmən reallaşdırıb. Hələ bir neçə il öncə qeyri-leqal olaraq bu xidməti göstərən Füzuli Poçtamtı yaxın günlərdə bu xidmətin tam rəsmi olaraq icrasına başlayacaq.
Elektron imzası olan və bu xidmətdən yararlanmaq istəyən sakinlər istənilən dövlət orqanına rəsmi şəkildə müraciət edə bilərlər.
Poçtamtın rəisi Ceyhun Məmmədov bildirdi ki, bu məqsədlə bir çox hazırlıq işləri aparılıb. “Əvvəllər bu iş mərkəzdən aparılıb.
“Maliyyə xidmətlərinin inkişafı” layihəsi çərçivəsində poçt şöbələrinin kompyuterləşməsi layihənin daha geniş şəkildə müxtəlif elan və reklam işlərini aparmaqla bütün kəndlərdə həyata keçirilməsini labüd edir”.
Qeyd edək ki, Füzuli Poçtamtı ilk dəfə olaraq Respublika ərazisində bu xidməti 2007-ci ildə tətbiq edib.
08/10/11 Çap et